Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistandan Azərbaycana dəvət: Bakının cavabı isə…
Ermənistandan Azərbaycana dəvət: Bakının cavabı isə…Bu gün, 07:12 |
|
Xəbər verdiyimiz kimi, Ermənistan Azərbaycanın COP17-də iştirakını təmin etmək üçün yaxın vaxtlarda rəsmi dəvət göndərəcək. Ekspertlər hesab edir ki, rəsmi sülh danışıqları olmasa belə, bu cür beynəlxalq tədbirlərdə qeyri-rəsmi təmaslar münasibətlərin normallaşmasına təkan verə bilər. Bakı İrəvanın dəvətini qəbul edəcəkmi? Globalinfo.az-a danışan siyasi şərhçi Elnur Ənvəroğlu deyib ki, şərtlər və format üzərindən ciddi nəzarətlə Bakının İrəvanın dəvətini qəbul etməsi mümkündür: “COP-17 BMT-nin universal platformasıdır və Azərbaycan üçün bu cür tədbirlərə qatılmamaq Bakının konstruktiv tərəf imicinə xələl gətirə və ardınca İrəvanın diplomatik narrativ üstünlük qazanmasına imkan yarada bilər. Bu səbəbdən Bakı üçün əsas sual qatılıb-qatılmamaq yox, necə və hansı çərçivədə qatılmaqdır. Digər tərəfdən, COP formatı siyasi danışıqlar üçün nəzərdə tutulmayıb. Burada əsasən iqlim məsələləri, ekoloji problemlər müzakirə olunur, baxmayaraq ki, COP29-da prosesləri siyasiləşdirməyə cəhd edənlər olmuşdu. Lakin sözügedən tədbirdə iştirak etmək Bakıya texniki və humanitar mövzular üzərindən təmas üçün imkan yarada bilər. Məsələn, iştirakımız Qarabağ və Şərqi Zəngəzurda ekosid iddiaları, minalanmış ərazilərin bərpası, su resursları və transsərhəd ekosistemlər kimi məsələlərə dolayı diplomatik giriş nöqtəsinin yaranması mümkündür. Yəni bu, sülh masası deyil, amma sükutu yumşaldan platforma ola bilər”. Siyasi şərhçi bildirib ki, rəsmi Bakı dəvəti qəbul edərkən üç əsas risk blokunu nəzərə almalıdır: “Birincisi, narrativ risklərdir ki, burada siyasi manipulyasiyalara yol verilməməlidir, yəni Ermənistanın bu kimi cəhdlərinin qarşısı alınmalıdır. Həmçinin “ekoloji təhlükə” adı altında münaqişə narrativinin qaytarılmasına cəhdlər ola bilər. İkincisi, yüksək səviyyəli Azərbaycan nümayəndələrinin iştirakı fiziki və informasiya təhlükəsizliyi baxımından az faiz də olsa, risklər yarada bilər. Xüsusilə qeyri-rəsmi formatlarda təxribat ehtimalı mümkündür. Hətta fikrimcə, COP çərçivəsində baş verəcək istənilən qeyri-rəsmi təmas sonradan sülh danışıqları kimi təqdim oluna bilər. Biz prosesləri yalnız Nikol Paşinyan administrasiyasının ictimaiyyətə təqdim etdiyi platformadan izləyirik, amma hazırda daxildə Azərbaycanın bugünkü vəziyyəti ilə barışmayan qüvvələr həm İrəvanda, həm də ondan kənarda az deyil”. Ekspert qeyd edib ki, COP-17 çərçivəsində qeyri-rəsmi təmasların sülh prosesinə birbaşa və dərhal təsir göstərməyəcək: “Amma orta perspektivdə psixoloji və diplomatik fonu yumşalda bilər. Yəni normalda belə təmaslar tərəflərin bir məkanda qarşılaşmasını normallaşdırır, ritorikanı qismən texniki müstəviyə keçirir, həm də siyasi nöqteyi nəzərdən üçüncü tərəflərin “vasitəçilik təzyiqini” azaldır. Bir sözlə, ikili dialoqun mümkünlüyünü və gələcəkdə daha səmimi təmasların qurulmasını rahatlaşdırır”. Geri qayıt |