Əsas Səhifə > Ana xəbər / Güney Press > "Sülh Şurası" Azərbaycanı təsisçi üzv kimi salamlayıb
"Sülh Şurası" Azərbaycanı təsisçi üzv kimi salamlayıbBu gün, 06:24 |
|
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası Azərbaycanı təşkilatın təsisçi üzvlərindən biri kimi salamlayıb. Teleqraf xəbər verir ki, bu barədə qurumun “X” sosial şəbəkə hesabında yayımlanan paylaşımda qeyd olunub. Açıqlamada bildirilir ki, "Sülh Şurası" Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin təşviqi istiqamətində artan rolunu yüksək qiymətləndirir və ölkənin təşkilatın formalaşmasında mühüm tərəfdaşlardan biri olmasını vurğulayır. Paylaşımda “Sülh Şurası Azərbaycanı böyüyən beynəlxalq təşkilatımızın təsisçi üzvü kimi salamlayır” ifadəsi yer alıb. Xatırladaq ki, yanvarın 22-də İsveçrənin Davos şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı ilə "Sülh Şurası"nın Nizamnaməs sənədinin imzalanma mərasimi keçirilib. Məlumata görə, "Sülh Şurası" beynəlxalq münaqişələrin qarşısının alınması, dialoqun təşviqi, dövlətlər arasında etimadın gücləndirilməsi və davamlı sülh mexanizmlərinin formalaşdırılması məqsədi ilə yaradılıb. Təşkilat siyasi, diplomatik və humanitar alətlərdən istifadə etməklə qlobal sabitliyə töhfə verməyi hədəfləyir.
Geri qayıt |