Əsas Səhifə > Ana xəbər / Güney Press > Mirzəyevlərin "Qardaşlar mebel"i vergi borcu ola-ola...
Mirzəyevlərin "Qardaşlar mebel"i vergi borcu ola-ola...27-01-2026, 06:57 |
|
Ağcabədi Rayon Mərkəzi Xəstəxanası PHŞ üçün tələb olunan bərk inventar mallarının satın alınması məqsədilə “Qardaşlar Mebel” Qapalı Səhmdar Cəmiyyəti ilə müqavilə bağlayıb. 32gun.az xəbər verir ki,, müqavilənin dəyəri 9.806,74 manat təşkil edir. 32gun.az-ın əldə etdiyi məlumatlara əsasən, şirkətin dövlətə 15.326,73 manat vergi borcu mövcuddur. Şirkətin qanuni təmsilçisi və direktoru Hüseyn Mirzəyev Məmməd oğludur.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” qanuna görə, vergi borcu olan şirkətlərin tenderlərdə iştirakı qadağandır. Geri qayıt |