Əsas Səhifə > Ana xəbər / Güney Press > AMEA prezidenti istefa verib?
AMEA prezidenti istefa verib?26-01-2026, 15:57 |
|
Sosial mediada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti İsa Həbibbəylinin istefa ərizəsi yazdığına dair məlumatlar yayılıb. Modern.az xəbərin həqiqəti əks etdirib-etdirmədiyini öyrənmək üçün AMEA ilə əlaqə saxlayıb. AMEA-dan saytımıza İsa Həbibbəylinin işinin başında olduğu bildirilib. “Dezinformasiyadır. Hazırda AMEA Rəyasət Heyəti Aparatında akademik İsa Həbibbəylinin iştirakı ilə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin hesabat yığıncağı keçirilir”, - deyə qurumdan əlavə edilib. Xatırladaq ki, İsa Həbibbəyli 2022-ci ilin oktyabrında AMEA prezidenti seçilib. Geri qayıt |