Əsas Səhifə > Ana xəbər / Güney Press > Altı aya boşaldılmalı olan mənzillər 6 ildir zəbt edilib
Altı aya boşaldılmalı olan mənzillər 6 ildir zəbt edilib21-01-2026, 13:09 |
|
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) illərdir davam edən ciddi sosial problem ortaya çıxıb. Akademiya tərəfindən 2018-cu ildə 6 əməkdaşa mənzil verilməsinə baxmayaraq, həmin şəxslər aspirantlar yataqxanasındakı otaqları bugünədək boşaltmayıblar. Nəticədə yaşayış yerinə ehtiyacı olan aztəminatlı elmi işçilər və gənc tədqiqatçılar yataqxanaya yerləşə bilmir. Mövcud qaydalara əsasən, dövlət və ya qurum tərəfindən mənzillə təmin edilən şəxslər ən gec 6 ay ərzində yataqxanadakı otağı təhvil verməlidir. Lakin indiki halda qanunvericiliyin tələbi kobud şəkildə pozulub və 6 il ərzində heç bir real tədbir görülməyib. Məsələ xüsusilə ona görə narazılıq doğurur ki, hazırda yataqxanaya yerləşmək üçün növbədə olan şəxslər sırf akademiya əməkdaşları və maddi durumu ağır olan alimlərdir. Onların bəziləri illərdir kirayələrdə qalır, digərləri isə ümumiyyətlə yaşayış problemi səbəbindən elmi fəaliyyətini davam etdirməkdə çətinlik çəkir. Ən çox sual doğuran məqamlardan biri də budur:
Və daha önəmlisi, bu prosesə cavabdeh olan AMEA-nın məsul şəxsləri niyə məsələyə prinsipial mövqe sərgiləməyib? Problemlə bağlı aspirantlar yataqxanasının komendantı ilə əlaqə saxladıq. O, KONKRET.az-a açıqlamasında bildirdi ki, problem akademiya rəhbərliyinə məlumdur:
Komendant bildirib, sözügedən şəxslər yataqxananı boşaltmamaqlarını müxtəlif səbəblərlə izah edirlər:
Mənzillərin kirayə verilməsi ilə bağlı yayılan məlumatlara da münasibət bildirən komendant bu iddiaları təkzib edib:
Bütün bu açıqlamalara baxmayaraq, fakt dəyişmir: Geri qayıt |