|
Tez-tez yazırlar ki, bizdə hökumətin avtomobillərə tətbiq elədiyi gömrük vergi-rüsumlarından qazandığını həmin avtomobil istehsalçıları qazana bilmir. Bu təkcə avtomobillərə aid deyil. Məsələn, kitablarda da oxşar vəziyyətdir. Türkiyədə 8-9 manata alınması mümkün olan, yol xərc ilə birgə maksimum 11-12 manata başa gələn kitabların 20-25 manat arasında satıldığını görürəm. Doğrudur, adətən çalışıram özümə lazım olan kitabları birbaşa sifarişlə gətirim. Amma bəzən təcili ehtiyac yaranır, gözləməyə vaxt olmur. Həm də məsələ deyilən kitabları almaq üçün daha ucuz alternativ kanalların olmasında da deyil. Axı nə yazılmasına, nə redaktəsinə, nə çapına heç bir zəhmət-xərc çəkmədiyiniz kitabın üzərinə niyə bu qədər qiymət qoymalısınız? Heç olmazsa, uşaq kitabları üçün etməyin bunu.
Rövşən Ağayev - "DİA-AZ"
Geri qayıt
|