Əsas Səhifə > Ana xəbər / Güney Press > Endirimdə sifariş verdi, amma qiymət iki dəfə artırıldı
Endirimdə sifariş verdi, amma qiymət iki dəfə artırıldı19-01-2026, 17:45 |
|
“Karaca” mağazası sifarişimi qəbul etsə də, sonradan qiyməti iki dəfə artırdı. Tribuna.az xəbər verir ki, Bu sözləri Bakıda fəaliyyət göstərən “Karaca” mağazasından narazılıq edən vətəndaşPublika.az-a müraciətində bildirib. Şikayətçinin sözlərinə görə, dekabrın 28-də “Karaca” mağazası ilə əlaqə saxlayaraq endirim kampaniyası çərçivəsində 99 manata təklif olunan qazan dəstini sifariş edib. O bildirib ki, mağaza sifarişi rəsmi şəkildə qəbul edib və məhsulun qısa müddətdə çatdırılacağını vəd edib. Lakin sifarişdən sonra məhsul müxtəlif bəhanələrlə gecikdirilib. Şikayətçi qeyd edir ki, hər dəfə mağaza tərəfindən “tezliklə göndəriləcək” cavabı verilsə də, faktiki çatdırılma həyata keçirilməyib.
Şikayətçi ona qarşı haqsızlıq edildiyini deyib: “Əgər endirim bitmişdisə, sifarişim niyə qəbul edildi? Məhsul niyə günlərlə göndərilmədi? Bu, “endirim kampaniyası” adı altında istehlakçıların aldadılması, onların hüquqlarının kobud şəkildə pozulmasından başqa bir şey deyil”. Geri qayıt |