Əsas Səhifə > Ana xəbər / Güney Press > Ümid Partiyasında əməliyyat: HƏBS EDİLƏN VAR
Ümid Partiyasında əməliyyat: HƏBS EDİLƏN VAR19-01-2026, 12:19 |
|
Hüquq-mühafizə orqanları Ümid Partiyasının mərkəzi qərargahında əməliyyat keçirib. Gununsesi.info-nun əldə etdiyi məlumata görə, əməliyyat zamanı Elnur adlı şəxs partiya sədri İqbal Ağazadənin kabinetində həbs edilib. Adıçəkilən şəxsin Ümid sədrinin dostu və həmyerlisi olduğu iddia edilir. Lakin Gununsesi.info-nun sorğusunu cavablandıran Ümid Partiyasının sədri İqbal Ağazadə əməliyyatın partiyanın ofisində keçirilmədiyini deyib: “Bizim partiyanın qarşısında belə bir hadisə olub. Amma bunun partiyaya hər hansı aidiyyatı yoxdur. Mən maraqlandım, dedilər ki, axtarışda olan şəxs tutulub”. Geri qayıt |