Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanın imtina etdiyi platformaya Qazaxıstan "hə" dedi
Azərbaycanın imtina etdiyi platformaya Qazaxıstan "hə" dedi19-01-2026, 10:27 |
|
ABŞ prezidenti Donald Tramp Qəzza zolağı ətrafında yaranmış humanitar və təhlükəsizlik böhranının diplomatik həlli məqsədilə formalaşdırılan Qəzza üzrə Sülh Şurası təşəbbüsünə Qazaxıstanın da qoşulmasını təklif edib. Musavat.com xəbər verir ki, Qazaxıstan prezidentinin mətbuat katibi Ruslan Jeldibay məlumatı təsdiqləyərək bildirib ki, rəsmi Vaşinqton Qazaxıstana sözügedən Şuranın təsisçi dövlətlərindən biri olmaq təklifi ilə müraciət edib. Məlumata görə, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev ABŞ prezidentinə ünvanladığı rəsmi məktubda dəvətə görə təşəkkür edib və ölkəsinin bu beynəlxalq təşəbbüsdə iştirak etməyə razılıq verdiyini bildirib. Qeyd edək ki, Qəzza üzrə Sülh Şurasının əsas məqsədi bölgədə hərbi eskalasiyanın qarşısının alınması, humanitar fəlakətin dərinləşməsinin önlənməsi və diplomatik dialoqun institusional çərçivədə təşviqidir. Eyni zamanda bildirək ki, bu platformaya Azərbaycan da dəvət olunmuşdu. Lakin Azərbaycan Prezidenti İlham Əliyev məsələ ilə bağlı açıqlama verərək ölkəmizin Qəzza üzrə Sülh Şurasına qoşulmayacağını bildirib. Prezident qeyd edib ki, sözügedən platformada vəziyyət proqnozlaşdırılan deyil və hansısa kənar güclərin maraqları naminə Azərbaycan vətəndaşlarının həyatını riskə atmaq məqbul hesab olunmur. Geri qayıt |