Əsas Səhifə > Ana xəbər / Güney Press > Amerikalı senatordan Azərbaycana böhtan
Amerikalı senatordan Azərbaycana böhtan19-01-2026, 07:12 |
|
“Mən Azərbaycan tərəfindən qeyri-qanuni həbs edilmiş 4 mülki erməninin azad edilməsini alqışlayıram, lakin bu kifayət deyil. Ən azı 19 erməni haqsız yerə həbsdədir. Dövlət Departamenti təzyiqləri gücləndirməlidir. Erməni məhbuslar azad olunana qədər mən itələməkdə davam edəcəyəm”. Gununsesi.info-nun xəbərinə görə, bunu ABŞ Senatının üzvü Edvard J .Markey öz bəyanatında deyib. Görünür, amerikalı senator bu bəyanatı yayarkən həmin şəxslərin Azərbaycanın ərazi bütövlüyünə qəsd edən, çoxsaylı mülki vətəndaşımızı vəhşicəsinə öldürən separatçı rejimin təmsilçiləri olmasının fərqinə varmayıb. Geri qayıt |