Əsas Səhifə > Ana xəbər / Güney Press > AFB Bankın mənfəəti 5.4 dəfə AZALIB
AFB Bankın mənfəəti 5.4 dəfə AZALIB16-01-2026, 15:38 |
||||||||||||||||||||||||||||||||||||
|
AFB Bank-ın faiz gəliri 2024-cü ilin sonu ilə müqayisədə 3 milyon 624 min manat artaraq 26 milyon 96 min manata, faiz xərcləri isə 3 milyon 509 min manat artaraq 9 milyon 181 min manat çatıb. Buna görə də bank 16 milyon 914 min manat olub ki, bu da 2024-cü ilin 4-cü rübü ilə müqayisədə 114 min manat çoxdur.
Kommersant.az xəbər verir ki, AFB Bank-ın qeyri-faiz gəliri 1 il ərzində 670 min manat artaraq 9 milyon 837 min manata, qeyri-faiz xərcləri isə 5 milyon 35 min manat artaraq 25 milyon 782 min manata yüksəlib. Yekunda AFB Bank-ın əməliyyat mənfəəti 5.4 dəfə və ya 4 milyon 251 min manat azalaraq 969 min manatadək əriyib. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 4 milyon 390 min manat artıran bankın xalis mənfəəti də 7 faiz və ya 321 min manat azalaraq 4 milyon 257 min manata düşüb.
Geri qayıt |