Əsas Səhifə > Ana xəbər / Güney Press > "İt hürər, karvan keçər"
"İt hürər, karvan keçər"15-01-2026, 06:18 |
Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan rusiyalı jurnalist, Kremlin təbliğatçısı Vladimir Solovyovun ölkəsi barədə açıqlamasını şərh edərkən deyib. “İt hürər, karvan keçər. Burada it rusiyalı iş adamı Samvel Karapetyanın yaxın dostu və həmvətəni Solovyovdur, karvan isə bizim sevimli ölkəmizdir, o, dönməz sülh və inkişafa doğru irəliləyir”, - o bildirib.Bu hadisələr Azərbaycanla sülh prosesinə nə təsirlər göstərə bilər? Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətini üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu mövzu ilə bağlı Ajans.az-a açıqlama verib. O bildirib ki, Rubinyan Solovyov ilə bağlı həqiqəti özündə əks etdirən ifadə işlədib: “Çünki Solovyov həmişə eyni zamanda müharibə vaxtı etnik zəmində qarşıdurmaya yönəlik təbliğat xarakterli fikirlər səsləndirirdi ki, bunun hansı məqsədə xidmət etdiyi bəllidir. Ermənistanda sülh prosesinin müsbət tendensiya ilə inkişaf etdirlməsi üçün hökumət müəyyən addımlar atır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, iki ölkə arasında əlaqələrin güclənməsinə şərait yaradır. Bu həm də bölgədə sabitliyin bərpasına xidmət edir. Lakin Rusiya burada maraqlı deyil. O hələ də, status-kvonun saxlanılmasını istəyir”. Əli Zülfüqaroğlu qeyd edib ki, Azərbaycan sülhün tam təmin olunmasında və münasibətlərin müsbət yöndə inkişafında müəyyənedici aktor olaraq çıxış edir: “Ermənistan hökuməti də buna maraq göstərdiyi üçün, Rusiya Ermənistan daxilində qarışıqlıq yaratmağa çalışır. Buna görə də, kilsə və revanşistlərdən istifadə olunur. Ekspertin sözlərinə görə, Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə əslində böyük zərərlərə məruz qaldı: “Bu prosesin arxasında ilk növbədə Rusiya faktoru və kilsə dayanırdı. İndi də müsbət tendensiyanın qarşısını almağa çalışırlar. Amma indi Ermənistan hökuməti də anlayır ki, ənənəvi xarici siyasət ilə Azərbaycan üzərindən iş aparmaq olmaz. Siyasi şərhçi söyləyib ki, bu məsələlərdən belə nəticəyə gəlinir ki, Ermənistan hökuməti kilsəyə qarşı həlledici addımlar atacaq: “Çünki hökumətin əlində kifayət qədər kartlar var. Azərbaycan diplomatiyasının uğurlu addımları bölgədəki geosiyasi vəziyyətin dəyişməsinə şərait yaradıb. Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan münasibətlərində müsbət meyllər buna nümunədir. Geri qayıt |