Əsas Səhifə > Ana xəbər / Güney Press > Dərman bazarında SÜNİ BAHALAŞMA

Dərman bazarında SÜNİ BAHALAŞMA


14-01-2026, 04:21

Zatən aidiyyəti qurumlar rəsmi qaydada qiymətləri zaman-zaman, xüsusilə də il sonunda bahalaşdırır. Amma eyni zamanda fürsətcil möhtəkirlər də bu prosesə öz "töhfələrini" verirlər ki, bu da sıravi vətəndaşın sosial durumuna daha da pis təsir edir.

Bu əsnada dərman bazarında müşahidə olunanlar isə sözügedən sektorun tam nəzarətsiz qalmasına işarədir. Dərmanların günü-gündən qeyri-rəsmi bahalaşması ya rəsmiləri qane edir, ya da rəsmi nəzarətsizlik anlamına gəlir.

"DİA-AZ" olaraq bir daha qeyd edirik ki, son nəticədə çətin duruma düşən sıravi vətəndaşdır. Elə aşağıda göstərilən fakt da möhtəkirlərin xüsusi fəal olmasını təsdiq edir.

Bu fotonu özünün sosial şəbəkə hesabında paylaşan ictimai fəal Səməd Hətəmov yazır:

"Bir ay bundan əvvəl 6 manat 40 qəpik olan dərman, hazırda 8 manata satılır.

Yüksəliş elə budur da... Yüksəliş bəs necə olmalıdır ki?"


*

#"DİA-AZ"dan yazı oğurlamaq HALALDIR 


Geri qayıt