|
"İranda hökumət İnterneti kəsibsə, iğtişaşlara dair bu qədər videonu necə xaricə göndərirlər? Süni intellekt dünyasında hər videoya inanmaq olmaz. Hər sözə də. Soyuqqanlı olmalıyıq. İstəklərimizi həqiqət kimi təqdim etməməliyik". "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.
O daha sonra bildirir: "SSRİ-də Baş katib və Baş nazir azərbaycanlı olsaydı, biz müstəqillik istəyərdik? Yəqin ki, yox. Bəs onda ali dini rəhbəri və prezidenti azərbaycanlı olan İranda soydaşlarımız niyə ayrılmaq istəməlidir axı? 1000 ildir ki, İranı azərbaycanlılar idarə edir əsasən. Şiəliyi də orada məhz azərbaycanlılar dövlət dini ediblər XVI əsrdə. İran fars dövləti deyil, şiə dövlətidir. Biz burada oturub oranı öz arşınımızla ölçməməliyik. Orada soydaşlarımız farslar və digər etnoslarla o qədər qarışıb ki, ayrılmaq həmçinin ailələrin də bölünməsi demək olardı. Yəni mümkünsüz bir şeydir.
Mən şiəliyi bidətçi və ziyanlı cərəyan hesab edirəm. İrandakı molla rejimi də eybəcərdir. Amma bu, İran xalqının seçimidir. Hansısa xarici qüvvələrin oyunlarına görə iranlıların, o cümlədən azərbaycanlıların qırğına verilməsinin əleyhinəyəm. Bizə cənubumuzda ikinci Əfqanıstan, İraq, Suriya, Liviya lazım deyil..."
""DİA-AZ"-dan yazı oğurlamaq HALALDIR
Geri qayıt
|