Əsas Səhifə > Ana xəbər / Güney Press > Rayona gəlməyə avtobus tapmayan KƏNDLİLƏR
Rayona gəlməyə avtobus tapmayan KƏNDLİLƏR14-01-2026, 02:35 |
|
Tərtər rayonunun Hacıqərvənd kənd sakinləri illərdir ictimai nəqliyyat problemi ilə üz-üzədir. Kənddən rayon mərkəzinə müntəzəm avtobus marşrutunun olmaması sakinlərin gündəlik həyatını xeyli çətinləşdirir.Məsələ odur ki,bu təkcə Tərtərin bir kəndinin yox, Azərbaycanın bütün regionlarının ən aktual problemi olaraq qalır. Kənd sakinlərinin Oxu24.com-a verdiyi məlumata görə, rayon mərkəzinə getmək üçün məcburən taksi xidmətindən istifadə edirlər. Lakin bu da hər zaman əlçatan olmur. Bəzən saatlarla taksi gözləməli olurlar. Bundan əlavə, xidmət haqqının baha olması sakinlərin narazılığına səbəb olur. Belə ki, bir sərnişin gedəcəyi məsafədən asılı olmayaraq 1–3 manat arasında ödəniş etməli olur. Bu isə xüsusilə aztəminatlı ailələr üçün ciddi maliyyə yükü yaradır. Sakinlər bildirirlər ki, ictimai nəqliyyatın olmaması onların işə, xəstəxanaya, dövlət qurumlarına və digər vacib yerlərə vaxtında çatmasına mane olur. Rəsmi qrumlar isə bu problemi ya öyrənmir, ya da vəziyyətdən çıxış yolu axtarmaqda maraqlı deyillər. Məsələnin uzun illərdir gündəmdə qalmasına baxmayaraq, məsul qurumların susqunluğu kənd əhalisində narazılığı daha da artırır. Sakinlər bildirirlər ki, dəfələrlə müxtəlif instansiyalara şifahi və yazılı müraciətlər etsələr də, indiyədək hər hansı real addım atılmayıb. Rayon mərkəzinə getmək zərurəti olan yaşlılar, tələbələr, məktəblilər, eləcə də səhiyyə xidmətlərinə ehtiyacı olan şəxslər bu vəziyyətdən daha çox əziyyət çəkirlər. Geri qayıt |