Əsas Səhifə > Ana xəbər / Güney Press > “Birmarket”in (Umico) rəhbəri dəyişdi

“Birmarket”in (Umico) rəhbəri dəyişdi


13-01-2026, 15:36

“PASHA Holding” MMC-yə daxil olan onlayn ticarət platforması “Birmarket”ə (əvvəlki Umico) yeni direktor təyin edilib.

Banker.az xəbər verir ki, “PashaPay” MMC-nin sabiq sədri Samir Məmmədov Sabir oğlu “Competo” MMC-nin, yəni “Birmarket” platformasının direktoru təyin edilib.

O, bu vəzifədə Rauf Qulaməliyev İlham oğlunu əvəzləyib.

Xatırladaq ki, “Competo” MMC 2018-ci ildə təsis edilib və hazırda şirkətin 178.38 mln. manat nizamnamə kapitalı var. “Birmarket” (əvvəlki Umico) “PASHA Holding” MMC-nin tərkibində fəaliyyət göstərən onlayn ticarət platformasıdır. Platforma istifadəçilərə müxtəlif kateqoriyalar üzrə məhsulların onlayn sifarişi, çatdırılması və loyallıq proqramları vasitəsilə alış-veriş imkanı təqdim edir.


Geri qayıt