Əsas Səhifə > Ana xəbər / Güney Press > "Evə çörək gətirən yoxdur"

"Evə çörək gətirən yoxdur"


13-01-2026, 09:55

Qurum İşləyir, Ailə Çörəksiz Qalıb: "Bağlanırıq" bəhanəsi ilə ana və oğlunu işdən çıxartdılar...
Bu dəfəki hadisə 4 nəfərlik bir ailənin dramına səbəb olub.
Siyəzən rayon sakini Məmmədova İzzət Seydağa qızı iş yerində qanunsuz ixtisara məruz qaldığını və aylardır işsizlikdən əziyyət çəkdiyini iddia edir.
Uzun illər həmin qurumda çalışan ana (İzzət xanım, ad şərti verilib) və oğlu (Sübhan bəy) iş rəhbərliyi tərəfindən çağırılıb.
Bizə dedilər ki, müəssisə bağlanır, fəaliyyətini dayandırır, ona görə də hamınız ixtisar olunursunuz.
Məni və oğlumu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "b" bəndi (müqavilə müddətinin bitməsi) ilə xitam verilmişdir.
Lakin işdən çıxarıldıqdan bir neçə gün sonra məlum olub ki, müəssisə bağlanmayıb, əksinə, fəaliyyətini davam etdirir, hətta digər əməkdaşlarla yeni iş ili üçün müqavilələr yenilənmişdir.
Bizə qarşı tətbiq olunan bu yanaşmanın ədalətsiz olduğunu və əmək hüquqlarımızın pozulduğunu hesab edirik.
Uzun müddət qüsursuz fəaliyyət göstərməyimizə baxmayaraq, bizi işdən azad ediblər. İşsiz qalmağımız ailə vəziyyətimizə ciddi mənfi təsir göstərir.
Müəssisənin bağlanması bəhanəsi ilə digər işçilərin işdə saxlanılıb, yalnız bizimlə müqavilənin yenilənməməsi ədalətsizlikdir.
Ailənin sözlərinə görə, bu, onlara qarşı qərəzli bir addım olub. Ana və oğlun hər ikisi həmin yerdə çalışdığı üçün ailənin yeganə gəlir mənbəyi kəsilib və 4 nəfər çörəksiz qalıb.
Əgər müəssisə işləyirsə, bizi niyə "bağlanırıq" yalanı ilə işdən çıxardılar?
Bu, tam qanunsuzluqdur və biz hüquqi müstəviyə keçəcəyik, - deyə zərərçəkənlər əlavə edib.
Mənim işdən çıxarılmağım bir tərəfə, oğlumu da eyni vaxtda işsiz qoydular. Evə çörək gətirən yoxdur.
Eyni ailədən iki nəfərin, digər işçilər saxlanıldığı halda “ixtisar” və ya “fəaliyyətin dayandırılması” bəhanəsi ilə işdən çıxarılması sosial ədalət və dövlətin məşğulluq siyasətinin prinsiplərinə ziddir.
Bizə nə kompensasiya verildi,nə də iş ilə təmin etdilər".
Bir ailənin tamamilə gəlirsiz qalması ciddi bir SOS siqnalıdır.
Adiyyatı qurumlar bizim işimizə bərpa olunmağımıza və ya digər uyğun işlə təmin olunmasına köməklik göstərəcək.
Bizdə Fakt.Mediya xəbər səhifəsi olaraq ümid edirik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ailənin vəziyyətini nəzarətə götürəcək və bu ailəyə köməklik edəcək.

Geri qayıt