Əsas Səhifə > Ana xəbər / Güney Press > Dövlət Komitəsində yeni təyinat
Dövlət Komitəsində yeni təyinat10-01-2026, 10:28 |
|
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparatına yeni rəhbər təyinatı olub. 2000-2002-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında magistr pilləsini bitirib. 2003-2006-cı illərdə AMEA Fəlsəfə və Hüquq İnstitutunda doktorantura təhsilinə yiyələnib. 2013-cü ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Elşad Miraləm əmək fəaliyyətinə jurnalist kimi başlayıb. Belə ki, o, 1998-1999-cu illərdə “Press-Media” qəzetində müxbir, şöbə müdiri, baş redaktorun birinci müavini; 1999-2002-ci illərdə “Yeni Azərbaycan” qəzetində müxbir, şöbə müdiri, baş redaktorun müavini; 2002–2005-ci illərdə “Azərbaycan” qəzetində parlament müxbiri işləyib. 2024-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində fəaliyyətə başlayan E.Miraləm sədrin köməkçisi, Aparat rəhbərinin müavini vəzifələrini tutub. O, ölkə Prezidntinin 6 iyul 2012-ci il tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. Geri qayıt |