Əsas Səhifə > Ana xəbər / Güney Press > Zara İbrahimzadə “PAŞA Bank”da yeni vəzifəyə təyin edildi
Zara İbrahimzadə “PAŞA Bank”da yeni vəzifəyə təyin edildi9-01-2026, 17:27 |
|
“PAŞA Bank” ASC-də Baş İcraçı Direktora müşavir təyin edilib. Banker.az xəbər verir ki, Zara İbrahimzadə “PAŞA Bank” Açıq Səhmdar Cəmiyyətində Baş icraçı direktorun müşaviri vəzifəsinə təyin edilib. Z.İbrahimzadə 2023-cü ilin fevral ayından indiyə qədər “PAŞA Bank” ASC-nin Marketinq departamentinin direktoru olub. O, ABB-nin Marketinq departamentinə direktor kimi 2020-ci ilin dekabrında təyin edilmişdi və 2023-cü ilin yanvarında vəzifəsindən ayrılmışdır. ABŞ-ın Corc Mason Universitetinin məzunu olan Z.İbrahimzadə son 15 ildə Türkiyədə fəaliyyət göstərib. Müxtəlif şirkətlərdə, o cümlədən “LUKOİL Türkiyə”, “Akkuyu Nükleer” və SOCAR Türkiyə şirkətlərində çalışıb. Bu şirkətlərdə ayrı-ayrı marketinq və PR layihələrinin həyata keçirilməsinə rəhbərlik edib. Geri qayıt |