Əsas Səhifə > Ana xəbər / Güney Press > Güney Azərbaycan şəhərləri ayağa qalxarsa...
Güney Azərbaycan şəhərləri ayağa qalxarsa...9-01-2026, 06:47 |
|
Hazırkı etirazların Güney Azərbaycana keçmə ehtimalı müəyyən dərəcədə mövcuddur. Çünki İranın digər bölgələrində baş verən sosial-iqtisadi narazılıqlar Azərbaycan əyalətlərini də əhatə edir. İşsizlik, inflyasiya, məişət problemləri vahid xarakter daşıyır. Ancaq bu etirazların spesifik azərbaycançı xarakter alıb-almaması ayrıca məsələdir". Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. O bildirib ki, Təbrizdə və digər azərbaycanlı şəhərlərdə etirazlar daha çox ümumi sosial-iqtisadi tələblərlə başlayır: "Lakin tarix göstərir ki, bu tələblər tədricən milli-mədəni rəngə bürünə bilir. Ana dili hüquqları, mədəni muxtariyyət tələbləri belə şəraitdə gündəmə gələ bilər. Ciddi dəyişikliyə səbəb olma ehtimalı isə bir sıra amillərdən asılıdır. Birincisi, Tehranın repressiv aparatının gücü hələ də əhəmiyyətlidir. İran təhlükəsizlik strukturları azərbaycanlı ərazilərdə xüsusilə diqqətli nəzarət həyata keçirir. İkincisi, etiraz hərəkatlarının təşkilatlanma səviyyəsi məhdud qalır. Üçüncüsü, beynəlxalq ictimaiyyətin real dəstək mexanizmləri zəifdir". T.İsmayılov onu da vurğulayıb ki, uzunmüddətli perspektivdə vəziyyət dəyişə bilər: "Əgər etirazlar uzanırsa və İranın iqtisadi vəziyyəti pisləşirsə, mərkəzi hakimiyyətin nəzarət imkanları zəifləyə bilər. Bu halda regional və etnik dinamikalar güclənə bilər. Geri qayıt |