Əsas Səhifə > Ana xəbər / Güney Press > Dövlət Xəzinədarlıq Agentliyinə yeni direktor təyinatı olub
Dövlət Xəzinədarlıq Agentliyinə yeni direktor təyinatı olub8-01-2026, 16:44 |
|
Sadiq Cabir oğlu Əliyev Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru təyin olunub. Bu barədə "DİA-AZ"a Maliyyə Nazirliyindən məlumat verilib. O, 2006-2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində işləyib. Sadiq Əliyev 2024-cü ilin may ayından hazırkı təyinata qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb. Geri qayıt |