Əsas Səhifə > Ana xəbər / Güney Press > Kimdir əsl MOSSAD agenti: Cəbrayılın camışı, yoxsa Tehranın "Xamışı"?
Kimdir əsl MOSSAD agenti: Cəbrayılın camışı, yoxsa Tehranın "Xamışı"?8-01-2026, 09:39 |
|
İsrailin rəsmi TV kanalı “KAN News”-un bazar ertəsi günü yaydığı xəbərə görə, Baş nazir Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putin vasitəsilə İrana mesaj göndərərək, İsrailin bu ölkə ilə müharibə etmək niyyətində olmadığını bildirib.
Maraqlıdır ki, bu rəsmi məlumat dərc edildikdən bir gün sonra SEPAH qüvvələri etirazçıları zərərsizləşdirmək üçün hərəkətə keçib.
Belə çıxır ki, özgə vaxt “Mərgi bəri-İsrail” (İsrailə ölüm) şüarı ilə bu ölkəyə meydan oxuyan Tehran Tel-əvivdən “vur” əmri aldıqdan sonra qeyrətə gəlib.
Sözsüz ki, biz İranın daxili işlərinə qarışmadığımız üçün Qum üləmasının qeyrət mənbələrini də sorğulamırıq. Bizə maraqlı gələn budur ki, bizim Cəbrayıldakı bir fermamızın dilsiz-ağızsız camışlarına MOSSAD agenti damğası vurub şər atan İran yetkililəri nə əcəb öz əhalisinə divan tutmaq üçün Tel-əvivdən xeyir-dua almaq yolunu tutur? Elədirsə, kimdir əsl MOSSAD agenti – bizim ot yeməkdən başqa heç nə bacarmayan Cəbrayıl camışları, yoxsa sizin Tel-əvivin dirijorluğu ilə binəva İran əhalisinə divan tutan "Xamış" həzrətləri?
Heydər Oğuz - "DİA-AZ"
Geri qayıt |