|
"100 il əvvəl Bakı bütün iri dövlətlər üçün böyük əhəmiyyət kəsb edirdi. Neftə görə. Bu gün isə neftimiz azdır, özümüzdə benzinin qiyməti daim artır. Hətta qazımız da çox deyil. Heç əhalimizi qazla normal təmin edə bilmirik. Son həftələr paytaxt sakinləri (mən daxil) qazsız şəraitdə mənzillərində donur..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.
O daha sonra bildirir: "Dünyanı isə başqa yağlı ölkələr maraqlandırır (biz isə uzaqbaşı həmin ölkələrə - Rusiya və İrana – gedən yolda dayanmış subyekt kimi maraq kəsb edirik, buna görə də Tramp dostumuzdur). Neft və qazı bol olanlar. Belə ki, son günlərin ən gərgin hadisələri Venesuela və İranda baş verir. Venesuela neft ehtiyatlarına görə dünyada birincidir. İran isə neft ehtiyatlarına görə üçüncü, qaz ehtiyatlarına görə isə ikinci yerdədir.
Buna görə də “sülhsevər” Tramp Venesuelaya hərbi təcavüz edir (və təbii ki, qısa müddətdə qalib gələcək), İrandakı etirazçılara atəş açıldığı təqdirsə isə molla rejimini hərbi müdaxilə ilə hədələyir (İran Venesuela deyil əlbəttə, amma güclü həmləyə davam gətirməcəyək). Əlbəttə, Venesuelada da, İranda da siyasi rejimlər çoxdan çürüyüb. Amma dünyada o qədər çürümüş rejimlər var ki. Kənar müdaxilə olmadan hələ uzun müddət yaşaya bilərlər. Sadəcə nöyütü olan sözəbaxan olmadığı təqdirdə kənar müdaxilə ilə üzləşir.
Venesuela bizim üçün maraq kəsb etmir. Amma İranın taleyi böyük əhəmiyyət kəsb edir. Ən əsası da iqtisadi cəhətdən. Molla rejimi çöksə, İran Qərbin və İsrailin dostu olsa (əslində, ərəb dilli və türk dilli dövlətlər əhatəsində məhz təklənmiş İran Qərbin və İsrailin təbii müttəfiqidir və əvvəl-axır bu müttəfiqlik reallıq olacaq), əksər nəqliyyat layihələri məhz onun ərazisindən keçəcək. Çünki ən rahat, təhlükəsiz və ucuz variant məhz budur (ikinci yerdə Rusiya ərazisidir). Bu isə o deməkdir ki, iqtisadi dirçəlişə yeganə ümidimiz olan nəqliyyat layihələri (dəhlizləri) gözləntilərimizi doğrultmaya bilər..."
Geri qayıt
|