Əsas Səhifə > Ana xəbər / Güney Press > “Azəriqaz”ın bu qədər özbaşınalığına artıq son qoyulmalıdır

“Azəriqaz”ın bu qədər özbaşınalığına artıq son qoyulmalıdır


3-01-2026, 15:10

“Azəriqaz”dan narazılıqlar səngimir. 2 gün qazsız qalan abonentlər karta niyə qaz yüklənmədiyinin səbəbini də hələ də bilmirlər. Çünki “Azəriqaz”dan hələ də konkret bir izah verilməyib. Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyəti İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı qeyd edir ki, bu məsələ ciddi şəkildə araşdırılmalıdır:

- Araşdırılmasına, dəqiqləşdirilməsinə və nəzarətə götürülməsinə ciddi ehtiyac duyulur. Bu qədər özbaşınalığa son qoyulmalıdır artıq. 37 000, 40 000, hətta 50 000 abonenti olan rayonlara cəmi 1 nəfər mühəndis-metroloq (sayğaclar üzrə) ştatı ayrılması, eyni zamanda 1000–1200 abonentə yalnız 1 çilingərin təyin edilməsi xidmətin faktiki olaraq iflic vəziyyətinə salınmasına səbəb olur. Bunun əvəzində isə müxtəlif şəxslər müəyyən “hörmət” qarşılığında, aylıq 1500–2000 manat əməkhaqqı ilə (8 nəfərə qədər ) “usta” vəzifəsinə yerləşdirilib, Bu şəxslərin böyük əksəriyyətinin nə sayğac, nə də qaz təsərrüfatı üzrə elementar bilik və səriştəsi yoxdur. Nəticədə abonent sifariş verir, lakin xidmət göstərilmir. Təyin olunan “usta” ünvanına gedərək açıq şəkildə bildirir: “Sayğacdan başım çıxmır.” Bu halda sual yaranır: əgər əməkdaşın öz xidməti üzrə bilik və bacarığı yoxdursa, ona niyə 1500–2000 manat əməkhaqqı ödənilir? Bundan əlavə, bayram və qeyri-iş günlərində işlədilən sayğac oxuyan işçilərin nə iş günü rəsmiləşdirilir, nə də qanunvericiliyə uyğun olaraq əlavə əməkhaqqı ödənilir. Bu hallar həm əmək qanunvericiliyinin, həm də dövlət vəsaitinin səmərəli istifadəsi prinsiplərinin kobud şəkildə pozulmasıdır və təcili şəkildə araşdırılmalıdır.

Sherg.az


Geri qayıt