Əsas Səhifə > Ana xəbər / Güney Press > Qaz kartına niyə pul yükləmək olmur: “Azəriqaz” və şirkət “bizlik deyil” deyir

Qaz kartına niyə pul yükləmək olmur: “Azəriqaz” və şirkət “bizlik deyil” deyir


Bu gün, 11:25

Artıq iki gündür smart kart tipli qaz sayğaclarının fəaliyyətində yaranan problem davam edir. Abonentlər xüsusən də “Zenner” kartı ilə sayğaca yükləmə edə bilmirlər.

“Azəriqaz”dan Teleqraf-ın sorğusuna cavab olaraq bildirib ki, problem dövlət qurum ilə əlaqədar deyil.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyevin sözlərinə görə, hazırda "M-10" vasitəsilə sözügedən “Zenner” karta pul yükləmək olur.

“Bir az əvvəl şəxsən yoxladım, karta köçürmə icra olundu” – E.Vəliyev bildirib.

“MPay” MMC isə ötən gün açıqlamasında problemin “Azəriqaz”ın sistemindən qaynaqlandığını bildirib.

“Problemin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə işlər aparılır. Nasazlıq aradan qaldırıldıqdan sonra ödənişlərinizi terminallar vasitəsilə bərpa edə bilərsiniz” – şirkətin açıqlamasında qeyd olunur.


Geri qayıt