Əsas Səhifə > Ana xəbər / Güney Press > "Guya ki, bunların fövqəladə işləri var"
"Guya ki, bunların fövqəladə işləri var"Bu gün, 12:57 |
|
1993 - cü ilin Qurtuluş günündən başlayaraq mən 100-lərlə böyük toplantılarda və dövlət tədbirlərində iştirak etmişəm. Nəyin şahidi olmuşam, tədbir qurtarmamış bəzi yüksək vəzifə sahibləri , deputatlar o cümlədən digər iştirakçılar tədbir keçirilən məkanı yarımçıq tərk edib gedirlər. Guya k, onların fövqəladə işləri var". Musavat.com xəbər verir ki, bu barədə sabiq deputat, keçmiş icra başçısı, YAP-ın tanınmış simalarından olan Musa Musayev bildirib. M.Musayev qeyd edib ki, başqa vacib işləri varsa tədbirə niyə qatılırlar: "Əgər hər hansı vacib işiniz varsa bu tədbirə niyə gəlmisiniz?! Gəlmisinizsə deməli, tədbir yekunlaşana qədər iştirak etməlisiniz. Bu hal özü dövlət qulluqçusunun etik davranış qaydasını pozması və digər tədbir iştirakçılarına hörmətsizlik deməkdir". Sabiq deputat Milli Məclisin iclaslarına bəzi deputatların az qatılmasına da toxunub: "Eyni zamanda Milli Məclisin iclaslarına baxanda görürəm ki , ordada bir çox deputatlar görsənmirlər. Həftədə 2 dəfə iclas olur və dövlət əhəmiyyətli qanunlar qəbul edilir. Deməli, Milli Məclisin 125 deputatının hamısı bu iclasda iştirak etməlidilər. Ola bilsin ki, kimsə xarici səfərdə olsun və yaxud üzrlü səbəbdən iclasda iştirak edə bilmir,, bu başa düşüləndir. Lakin bir də görürsən ki, Milli Məclisdə qanun qəbul edilir, deputat başqa tədbirlərdədir. Bu hallar yolverilməzdir və Etika Komissiyası bu məsələlərə diqqət yetirməlidir. Hər bir deputatın iş yeri Milli Məclisdir". Geri qayıt |