Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan Azərbaycanla sülhdən danışdı

Paşinyan Azərbaycanla sülhdən danışdı


Bu gün, 11:05

Ermənistanın baş naziri Nikol Paşinyan xalqa Yeni il təbrikində sülh prosesindən də bəhs edib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. “1991-ci ildən başlayaraq, 2025-ci il Azərbaycanla atışma nəticəsində ölən və yaralananların olmadığı ilk təqvim ilidir. 2024-cü ilin martından Ermənistan-Azərbaycan sərhədində heç bir itki yoxdur - artıq 22 aydan çoxdur”-Paşinyan deyib.

Baş nazir ardınca bildirib: “Bu, təsadüfi deyil, 2021-ci ildə keçirilən növbədənkənar seçkilərdə erməni xalqının, yəni sizin hökumətə və parlament çoxluğuna həvalə etdiyiniz strategiyanın nəticəsidir. Bu strategiya “Real Ermənistan” ideologiyasında ifadə olunub və erməni xalqının tarixini öyrənmək və yenidən düşünmək, gizli mesajların axtarışı və bu biliklərin real həyatda tətbiqi ilə bağlı yeni yanaşma ilə bağlıdır”.

N.Paşinyan bildirib ki, tarixi dəyişdirmək niyyətindəyik: “Lakin bizim məqsədimiz Ermənistanın keçmiş tarixini dəyişmək deyil, gələcəyini formalaşdırmaq idi”.


Geri qayıt