Əsas Səhifə > Ana xəbər / Güney Press > "Azpetrol" Eyyubovlara yaxınlığını danır

"Azpetrol" Eyyubovlara yaxınlığını danır


Dünən, 12:52

"Azpetrol" MMC-nin Baş direktoru Ceyhun Məmmədovun müavinləri - Ruslan Eyyubovun qohumları Əli Kərimli və Etibar Xudaverdiyevin vəzifələrindən kənarlaşdırıldığı iddia edilir.
Qaynarinfo-ya daxil olan məlumata görə, bunun səbəbi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan və barəsində məhkəmə qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilən Ruslan Eyyubovla bağlı gedən istintaq araşdırmasıdır.
Ceyhun Məmmədov
Qeyd edək ki, mətbuatda yer alan və bu günə qədər təkzib olunmayan məlumatlarda "Azpetrol"un Ruslan Eyyubova məxsus olduğu yazılır. Şirkətin direktor müavinləri Əli Kərimli və Etibar Xudaverdiyev isə həbs olunan Ruslan Eyyubovun qohumlarıdır.
Əli Kərimli
Əldə etdiyimiz məlumatda o da bildirilir ki, hazırda sözügedən şirkətdə yoxlama aparılır. Elə bu səbəbdən də Əli Kərimli və Etibar Xudaverdiyev vəzifələrindən kənarlaşdırılıblar.
Məlumata görə, yaxın günlərdə "Azpetrol" MMC-də səhmdarların toplanacaq və mühüm qərarlar qəbul ediləcək.
Etibar Xudaverdiyev
Mövzu ilə bağlı "Azpetrol"un mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun əməkdaşı "Azpetrol"un Ruslan Eyyubova məxsus olması, şirkətdə yoxlamaların getməsi və müavinlərin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı bütün suallara "həqiqəti əks etdirmir" deyə ümumi bir cavab verməklə kifayətləndi. Şirkətn səhmdarlarının kimliyi ilə bağlı sualları isə cavablandırmaq istəmədi.

Geri qayıt