Əsas Səhifə > Ana xəbər / Güney Press > Elxan İbrahimov Nəsimidə niyə qala bilmədi?

Elxan İbrahimov Nəsimidə niyə qala bilmədi?


Dünən, 11:43

3,5 il Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı olmuş Elxan İbrahimov Nəsimi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində heç 2 ay işləyə bilmədi. Bu ondan xəbər verir ki, məmurlar Bakıda regionlarda törətdikləri özbaşınalığı edə bilmirlər.

Tribuna.az xəbər verir ki, bu sözləri hüquqşünas Əkrəm Həsənov bildirib. Onun fikrincə, icra başçıları bölgələrdədaha rahat özbaşınalıq edə bilir:

“İndi təsəvvür edin ki, regionlarda camaat və biznes nələr çəkir. Belə şəraitdə regionlar necə inkişaf etsin?”.

Qeyd edək ki, 2 ay öncə Nəsimi rayonuna icra başçısı təyin edilən Elxan İbrahimov dünən vəzifəsindən azad edilib.


Geri qayıt