Əsas Səhifə > Ana xəbər / Güney Press > Kəmaləddin Heydərov yeni rəis təyin etdi

Kəmaləddin Heydərov yeni rəis təyin etdi


Dünən, 10:27

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinə yeni rəis təyin olunub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə Mehdiyev Toğrul Telman oğlu gətirilib.
Qeyd edək ki, bundan əvvəl Bəxtiyar Tağıyev FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi vəzifəsindən azad olunub. O, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə rəis müavini təyin edilib.

Geri qayıt