Əsas Səhifə > Ana xəbər / Güney Press > Nazir Agentliyə yeni rəis müavini təyin etdi

Nazir Agentliyə yeni rəis müavini təyin etdi


Bu gün, 17:50

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində yeni təyinat olub.

"DİA-AZ"-ın qaynarinfo-ya istinadən məlumatına görə, nazir Kəmaləddin Heydərovun müvafiq əmri ilə Bəxtiyar Tağıyev sözügedən Agentlikdə rəis müavini təyin edilib.

Buna qədər Bəxtiyar Tağıyev bu Agentliyin tərkibindəki Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovdur.


Geri qayıt