Əsas Səhifə > Ana xəbər / Güney Press > Uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıb
Uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıbBu gün, 17:03 |
|
Paytaxtın Biləcəri qəsəbəsində yerləşən 298 saylı körpələr evində qalmaqal yaşanıb. Valideynlərin "Unikal"a verdiyi məlumata görə, bağçanın müdiri Aysel Alməmmədova körpələr evinə qeydiyyatdan kənar uşaqlar götürüb: "Bir neçə gün əvvəl bağçaya yoxlama gəlib. Aysel Alməmmədova bu səbəbdən qeydiyyatdan kənar olan uşaqları bağçanın əməkdaşlarının evlərinə göndərib. Bu proses 5 gün davam edib. Valideyn isə bundan xəbərsiz olub. Elə bilirik ki, uşaq bağçadadır. Sən demə, uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıblar. Məsələni gizlətmək üçün yalandan deyirdilər ki, guya uşaq yatıb, yemək yeyir və s", - deyə əlavə edilib. Qeyd edək ki, A.Alməmmədova 2017-ci ildən etibarən 298 saylı körpələr evinin müdiridir. Geri qayıt |