Əsas Səhifə > Ana xəbər / Güney Press > Yerli zəfəranın qramını xaricə 10 manata satıb, Türkiyədən 4 qəpiyə zəfəran gətiririk

Yerli zəfəranın qramını xaricə 10 manata satıb, Türkiyədən 4 qəpiyə zəfəran gətiririk


Bu gün, 11:19

Bu ilin ilk 10 ayı ərzində Azərbaycandan Səudiyyə Ərəbistanına ümumi dəyəri 54 min 420 dollar olan 90 kiloqram zəfəran ixrac olunub.
Yeniavaz.com
-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablamaya görə, Səudiyyə Ərəbistanına ixrac olunan zəfəranın 1 kiloqramının orta gömrük dəyəri 605 dollar (1028 manat) olub.
Qeyd edək ki, eyni dövrdə İrandan və Türkiyədən ümumi dəyəri 17 min dollar olan 40 kiloqram zəfəran idxal edilib. İrandan gətirilən zəfəranın 1 kiloqramının orta gömrük dəyəri 188 dollar (320 manat), Türkiyədən gətirilən zəfəranın 1 kiloqramının orta gömrük dəyəri isə 20,5 dollar (35 manat) olub.
Onu da bildirək ki, bu ilin ilk 10 ayında Azərbaycandan adı məlum olmayan ölkəyə 14,3 min dollarlıq zəfəran aparılıb.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə Azərbaycan xarici ölkələrə daha çox zəfəran ixrac edib. Belə ki, ötən ilin ilk 10 ayında Azərbaycandan 76 min dollarlıq zəfəran ixrac olunub.


Geri qayıt