Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda tanınmış bloger saxlanıldı: Canlı yayımda Özbəkistan prezidentini təhqir edib

Azərbaycanda tanınmış bloger saxlanıldı: Canlı yayımda Özbəkistan prezidentini təhqir edib


Bu gün, 10:18

Özbəkistan prezidenti Şavkat Mirziyoyev barədə açıq efirdə təhqiramiz ifadələr işlədən bloger Azərbaycanda saxlanılaraq Özbəkistana təhvil verilib.

Musavat.com xəbər verir ki, A.Y. adlı şəxs 2023-cü ilin fevral ayında Almatı şəhərində olarkən TikTok sosial şəbəkəsində “Sherxon” adlı profil vasitəsilə canlı yayım açıb və Özbəkistan prezidentinin şərəf və ləyaqətini açıq şəkildə təhqir edib.

A.Y. Azərbaycan ərazisində saxlanılıb və hüquqi prosedurlardan sonra Özbəkistan tərəfinə təhvil verilib. Məhkəmənin qərarı ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə prosesində çıxış edən təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib:

“2023-cü ilin fevralında TikTok platformasında ölkəmizin rəhbərini təhqir etmişəm. Etdiyim hərəkətdən peşmanam və bir daha belə ifadələr işlətməyəcəyəm”.

Qeyd edək ki, saxlanılan şəxs Özbəkistanın *Kaşkadərya vilayəti*nə bağlı Kitab rayonunun sakinidir.


Geri qayıt