Əsas Səhifə > Ana xəbər / Güney Press > Mirzoyandan Rusiya ilə bağlı ilginc açıqlamalar
Mirzoyandan Rusiya ilə bağlı ilginc açıqlamalarBu gün, 09:44 |
|
Ermənistan hökumətinin məqsədi Rusiyanı Ermənistandan çıxarmaq, Rusiya ilə siyasi, iqtisadi və digər əlaqələri kəsmək deyil, belə bir siyasət aparılmır və bizim beynəlxalq tərəfdaşlarımız bunu birbaşa bəyan ediblər. Musavat.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsində deyib. Nazir bildirib ki, nə vaxtsa Avropa İttifaqına (Aİ) daxil olmaq məsələsi ortaya çıxsa, Avrasiya İqtisadi İttifaqı (Aİİ) məsələsi qaçılmaz olaraq ortaya çıxacaq. “O məqam gələndə biz oturub qərar qəbul edəcəyik. Aİ ilə münasibətlərimiz getdikcə dərinləşir”, - Mirzoyan əlavə edib. O, həmçinin əmin edib ki, Şirak vilayətində yerləşən 102-ci Rusiya hərbi bazasının çıxarılması məsələsi Ermənistan hakimiyyətinin gündəmində deyil. Ermənistana maliyyə yardımı göstərən avropa rəsmisinin dediyi kimi, Rusiya Ermənistanı hibrid müharibə ilə hədələyirmi, sualına nazir Mirzoyan belə cavab verib: “Dezinformasiyanın əhəmiyyətli bir hissəsi rusiyalı ekspertdən, deputatdan qaynaqlanmır? Ona görə də hibrid təhlükələr müxtəlif yerlərdən, o cümlədən Rusiyadan qaynaqlana bilər”. Geri qayıt |