Əsas Səhifə > Ana xəbər / Güney Press > Qarabağ canisi sərsəmlədi
Qarabağ canisi sərsəmlədiBu gün, 14:59 |
|
Qarabağın keçmiş separatçı liderlərindən biri, antiterror əməliyyatı zamanı qaçıb aradan çıxan Vitali Balasanyan yenidən sərsəmləyib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, separatçı deyib: “Avqustun 8-də qəbul edilən sənəd deyil, noyabrın 9-da qəbul edilən isə sənəddir”. Erməni jurnalistlərə açıqlamasında Balasanyan daha bir cəfəngiyyatı səsləndirib: ““Artsax”a qayıtmaq məsələsi Paşinyan üçün bağlıdır, bizim üçün isə qapalı deyil. Noyabrın 9-da qüvvədə olan sənəd də var”. Kilsəyə qarşı kampaniyanı və Qarabağ ermənilərinin yeparxiyasının rəhbərinin davranışını şərh edən Vitali Balasanyan hiyləgərcəsinə sualdan yayınıb və “nağıl” danışıb: “Mənim qiymət vermək istəyim yoxdur, “artsax” xalqı öz fikrini bildirib. Hər bir möminin hakimi Allahdır. Kim həddi aşsa, Allah əzabını verəcək. Mənə hökm vermək olmaz”. Geri qayıt |