Əsas Səhifə > Ana xəbər / Güney Press > “Polad Bülbüloğlu nazir olanda mənə dedi ki…”
“Polad Bülbüloğlu nazir olanda mənə dedi ki…”Bu gün, 11:52 |
|
“Rusiya şou-biznesinə daxil olmaq üçün şansım var idi, amma bu, keçmişdə qaldı”. Globalinfo.az xəbər verir ki, bunu tanınmış müğənni Samir Bağırov Kanal S-ə müsahibəsində deyib. “Mən şir bürcüyəm, şansım hər zaman olacaq. Həm də əgər sən vicdanla yaşayırsansa, heç kimə pislik etmirsənsə, yenə şansların var. Təki insan ol! 58 yaşımda yenidən başlaya biləcəyimi sübut edəcəm”. Müğənni qeyd edib ki, Moskvada hər şey qəfil yarandı: “İqor Krutoy mənə təklif etdi, iki mahnı bəstələdi. Sonra Azərbaycana gəldim. O vaxt Polad Bülbüloğlu mədəniyyət naziri idi, mənə dedi ki, Moskvada olmuşam, heç vaxt sənə imkan verməyəcəklər, orada yad olacaqsan. Amma indi bunu başa düşürəm, yəni belə olmalı idi. Mənim yerim Azərbaycandır. Nəyin baş verdiyi o qədər vacib deyil. Sual vermək lazımdır ki, niyə belə oldu? Çünki belə olmalı idi”. Geri qayıt |