Əsas Səhifə > Ana xəbər / Güney Press > "Bunlardan kimə şikayət edəsən ki..."

"Bunlardan kimə şikayət edəsən ki..."


Bu gün, 07:25

"Şikayətim "Bank of Baku"dandir..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.

Narazı vətəndaş daha sonra bildirir: "Ödəniş etmişəm "ABB app"dən... həmişəki kimi... Deyirlər, ödənişiniz oturmayıb. Qəbzin şəklini atıram, deyirlər, müraciət yaratmışıq, nə bilim nə...

10 dəfə müraciət yaratmışam, hər dəfə deyirlər, baxılacaq... Amma xəbər yoxdur, durduq yerə borcu da artırıblar, ada gecikmə düşür... Heç nəyə cavab verə bilmirlər..."


Geri qayıt