Əsas Səhifə > Ana xəbər / Güney Press > Baş prokuror Çingiz Qənizadənin oğlunu yeni vəzifəyə təyin etdi

Baş prokuror Çingiz Qənizadənin oğlunu yeni vəzifəyə təyin etdi


27-12-2025, 11:00

Prokurorluq orqanlarında yeni kadr dəyişikliyi olub.

"DİA-AZ" Manset.az-a istinadən xəbər verir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Elgiz Qənizadə Suraxanı rayon prokurorunun müavini vəzifəsindən azad edilərək Qaradağ rayon prokurorunun müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Elgiz Qənizadə Milli Məclisin sabiq deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadənin oğludur.


Geri qayıt