Əsas Səhifə > Ana xəbər / Güney Press > "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu"na yeni direktor təyin edilib
"Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu"na yeni direktor təyin edilib27-12-2025, 10:51 |
|
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdindəki "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" MMC-yə yeni direktor təyin edilib. "Report" xəbər verir ki, bu, Faiq Mirzəyevdir. O, institutun rəhbərliyində Vüqar Babakişiyevi əvəz edib. Xatırladaq ki, "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" kommersiya qurumu kimi 1994-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. İnstitut tarixi abidələrin bərpası istiqamətində yeganə elmi-tədqiqat təşkilatıdır. Geri qayıt |