Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistan Zəngəzur dəhlizinin tikintisinə bu tarixdə başlayacaq
Ermənistan Zəngəzur dəhlizinin tikintisinə bu tarixdə başlayacaq25-12-2025, 09:42 |
|
Tikintinin başlanması da daxil olmaqla, “Tramp yolu” (və ya Zəngəzur dəhlizi – red.) layihəsinin praktiki mərhələsi 2026-cı ilə planlaşdırılır. Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən yerli KİV-ə bildirilib. XİN Ermənistanın dəhliz layihəsi üçün hüquqi çərçivə və tənzimləyici mexanizmlərin hazırlanması məqsədilə ABŞ ilə ilə intensiv danışıqlar apardığını da açıqlayıb. Qurum qeyd edib ki, Ermənistan-Amerika birgə müəssisəsi olan “TRIPP Company” Ermənistanda qeydiyyatdan keçəcək və dəmir yolu və avtomobil yolları, neft və qaz boru kəmərləri, fiber-optik rabitə xətləri də daxil olmaqla zəruri infrastrukturu inkişaf etdirmək hüququ əldə edəcək. Geri qayıt |