Əsas Səhifə > Ana xəbər / Güney Press > Terrorçuya “qəhrəman” adı verən millət...
Terrorçuya “qəhrəman” adı verən millət...25-12-2025, 09:34 |
|
“Karen Avanesyan xəstəxanada özünü Ermənistanın qəhrəmanı adlandırırdı”. Bunu Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən Karen Avanesyanın Gəncə Ağır Cinayətlər Məhkəməsində davam etdirilən məhkəməsində onun yaxalanmasında iştirak etmiş Elmar adlı polis əməkdaşı deyib. O bildirib ki, əməliyyat zamanı Avanesyan polisin təslim olmaq tələbinə məhəl qoymayaraq, silahlı müqavimət göstərməyə davam edib: “Mən onu təslim olmağa çağırdım, dedim ki, sənə heç nə edilməyəcək. Ancaq o, yenə bizə doğru 6-7 atəş açdı, qumbara atdı. Belə olduqda xidməti vəzifəmizi yerinə yetirərək silah işlədib onu yaralamaq məcburiyyətində qaldıq. O, yaralı halda xəstəxanada özünü "Ermənistanın qəhrəmanı" adlandırırdı". Bu faktların açıqlanmasına baxmayaraq, erməni mətbuatı bu qulduru da günahsız çıxarmağa cəhd edib. Nyus.am yazıb ki, guya bu məhkəmə prosesi oyundur və Karenə qarşı ittihamlar əsassızdır. Hətta qeyd olunub ki, dövlət ittihamçısı guya sübut təqdim edə bilməyib. Yada salaq ki, erməni terrorçusu 2025-ci il sentyabrın 14-də meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqçanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb, bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb. İndi bunca real faktlara rəğmən, müşahidə kameralarının çəkdiyi, Avanesyanın hərəkət trayektoriyasını əks etdirən videogörüntülərə baxmayaraq, erməni mətbuatı iddia edir ki, prokuror heç bir sübut təqdim edə bilməyib. Niyə Karen kimi tipik terrorçudan qəhrəman obrazı düzəltməyə çalışırlar? Mühakiməsi davam edən keçmiş qondarma rejimin liderlərinin “siyasi məhbus” kimi təqdim edilməsi, bu təbliğatın səbəbləri aydındır, amma axı Karen adi bir cinayətkardır, onu niyə bu şəkildə müdafiə edirlər? Başqa nə baş verməlidir ki, onlar öz soylarından olan cinayətkarları adları ilə çağırsınlar? Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Karen Avanesyanın terror törətmək istəyərkən qarşısının alındığını sübut edən videogörünütülər mövcuddur: “Karen Avanesyanın kütləvi tədbir keçirilən ərazidə terror həyata keçirməsinin qarşısının alınması əməliyyatında iştirak eləyən polis əməkdaşlarına silahlı müqavimət göstərdiyi, qumbara atdığı da faktdır. Karen Avanesyan törətdiyi cinayət hərəkətlərinə görə həbs edilib və hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində məhkəməsi gedir. Onun nə saxlanılan zaman, nə də istintaq prosesində, məhkəmədə hüququ pozulmayıb. Cinayət işi ilə bağlı ədalətli, şəffaf istintaq araşdırması aparılır. Karen erməni olduğu üçün deyil, konkret cinayət əməli törətdiyi üçün saxlanılıb və məhkəməsi gedir. Bu məhkəmə prosesi də tamamilə ədalətli keçirilir və ədalətli də hökm çıxarılacağına zərrə qədər şübhə yoxdur”. Hüquqşünas qeyd etdi ki, ermənilərin Karen Avanesyanla ağlı məsələyə verdikləri reaksiya terror aktı həyata keçirmək istəyən, hüquq-mühafizə orqanı əməkdaşlarına qarşı silahlı müqavimət göstərən cinayətkarı müdafiə etməkdir: “Çox təəssüf ki, ermənilər terroru, terrorçunu, insanlığa qarşı cinayətlər törədən şəxsləri müdafiə etmək, onları qəhrəman hesab etmək mərəzindən qurtula bilmirlər. Ermənilərin baxışında, təsəvvüründə qəhrəmanlıq dinc insanlara qarşı kütləvi qırğınlar həyata keçirmək, uşaqları, qadınları, qocaları qəddarcasına qətlə yetirmək, başqa ölkənin ərazilərini işğal etmək üçün hər cür amansız qəddarlıqlara əl atmaqdır. Onlar məhz bu cür cinayətlərin iştirakçıları olan soydaşlarını özlərinin qəhrəmanı adlandırırlar. Bunu təsdiqləyən yüzlərlə fakt saymaq olar. Robert Köçəryan, Serj Sərkisyan kimi qatilləri, Monte Melkonyan kimi terrorçu qatilləri ermənilər özlərinin qəhrəmanı elan etmişdilər. Ona görə də əslində indi Karen Avanesyanı müdafiə etmələrində gözlənilməz nə isə yoxdur. Ənənəvi erməni yanaşması, erməni kompleksindən irəli gələn münasibətdir. Sabah Karenə "erməni xalqının qəhrəmanı" adı da verə bilərlər. Bu cür yanaşma tərzi psixoloji məqamlardan qaynaqlanır. Ermənilər gerçəkliklərdən qorxurlar. Ona görə də özlərindən olan terrorçuların cinayətlərini heç zaman etiraf etmirlər, əksinə, özlərindən olan terrorçuları qəhrəman adlandırırlar. Ermənilər heç zaman öz terrorçularını, terrorçuların həyata keçirdiyi cinayətləri terrorçu adı ilə çağırmayacaqlar. Buna görə də Karen Avanesyanı da cinayətkar yox, “məsum” hesab etməkdə davam edəcəklər. Lakin ermənilərin bu cür inkarçılığı reallığı, faktları, tarixdə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı cinayətlərini dəyişmir". Geri qayıt |