Əsas Səhifə > Ana xəbər / Güney Press > İki kollecə direktor müavini təyin edilib

İki kollecə direktor müavini təyin edilib


24-12-2025, 15:22

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən bir sıra kollec rəhbərliyində yeni təyinatlar həyata keçirilib.

"DİA-AZ" xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.

Qeyd edilib ki, Səbuhi Qurbanov Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tədris işləri üzrə direktor müavini, Vüqar Mikayıllı isə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.


Geri qayıt