Əsas Səhifə > Ana xəbər / Güney Press > NHMT sədri bu ailəyə görə AĞIZ AÇDI
NHMT sədri bu ailəyə görə AĞIZ AÇDI23-12-2025, 14:44 |
|
Sabunuçu rayonu, Maştağa qəsəbəsi, Albalı 2 ünvanında yaşayan Səfərov Agabala Vaqif oğlunun müraciəti yayılıb. "DİA-AZ" xəbər verir ki, bu müraciəti özünün sosial şəbəkə hesabında paylaşan Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı eyni zamanda öz adından "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyinə müraciət edərək ehtiyac içində olan vətəndaşın probleminin həll olunmasının vacibliyini diqqətə çatdırıb.
"Azəriqaz İB Baş direktoru cənab Azər Məmmədov, arxalı insan etdiyi günahlara görə bəndə cəzasından qaça bilər, ancaq Allah cəzasından yox
Evimin sənədləri bələdiyyə tərəfindən verilən sənədlərdir. Evimizin qabağından qaz xətti keçir. Yalvarıram, evimə qaz çəkin... deyirlər, get rəsmi sənəd al, sonra qaz çəkərik. İşığımız, sayğacımız da var. Ancaq onunla evi qızdırmaq mümkün deyirl. Gedib zibillikdən çör-çöp, taxta qırıqları yığıb evi onunla qızdırmağa çalışıram. And ola Allaha çox çıxılmaz vəziyyətdə qalmışam..."
Geri qayıt |