Əsas Səhifə > Ana xəbər / Güney Press > “Azparkinq”dən KÜTLƏVİ narazılıq
“Azparkinq”dən KÜTLƏVİ narazılıq23-12-2025, 10:04 |
|
“Azparkinq” öz fəaliyyətinə yenidən baxmalıdır. Çünki son aylar mətbuatda və sosial şəbəkələrdə şirkətin işindən narazılıqların artdığını müşahidə edirik. Əgər monitorinq aparılsa, vətəndaşların şikayətlərinin kütləvi olduğu üzə çıxacaq”. Bu fikirləri Tribuna.az-a Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu bildirib. Onun sözlərinə görə, ilk növbədə SMS göndərilməsi tələbinə dəyişiklik olmalıdır: “Çünki həmin an kiminsə telefonunda balans olmaya bilər. O halda cərimələnir. Buna görə də bankomat sistemi qurulmalıdır. Mobil tətbiqdən istifadə yaxşı ola bilər, amma burada da yenə eyni problem meydana gəlir – kiminsə telefonunda internet olmaması mümkündür. Ona görə də bankomat zəruridir”. Sürücülər bildirirlər ki, avtomobili saxladıqdan sonra tətbiqi açmaq, zonanı seçmək və ödənişi təsdiqləmək müəyyən vaxt aparır. Bu müddət ərzində isə nəzarətçilər tərəfindən artıq pozuntu qeydə alınır. Bir neçə dəqiqəlik gecikmə inzibati xəta kimi qiymətləndirilir və sürücü cərimə ilə üzləşir. Geri qayıt |