|
"Dünən günorta anamla danışmışam. Arvad xəstədir, qrip olub, fəsad verib. Çox halsız, iştahsızdır. Deyir, tibb məntəqəsindən tibb bacısını çağırdıq ki, sistem qoysun həmişəki kimi, özümə gəlim bir az..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Dünya Sakit yazıb.
O daha sonra bildirir: "Gəlmədi heç biri, həkim icazə vermir. Rayonda evə gedib sistem qoyan bir tibb bacısını 500 manat cərimə ediblər, ay bala. İndi mən neynəyim, halım yoxdur bu soyuqda maşına minib rayona gedəm. Orada da mərkəzi xəstəxanada bir otaq ayırıblar sistem üçün, səhər gedib axşama zorla nöbəyə düşmək olur. Mənim halım haradadır o qədər növbə gözləməyə? Bax, Azərbaycan hökumətinin hər qərarı belə "dərin" düşünülüb qəbul edilir... Hələ bizim kənd rayon mərkəzinə yaxındır. Təsəvvür edin, mərkəzdən 20-30 km aralıda, dağların başında yerləşən kəndlərin camaatı neynəməlidir indi: bir sistem üçün azı 30 manat maşına pul verib rayon mərkəzinə gəlməyə neçə nəfərin imkanı var? Hansı rayonumuzda 100-150 min əhalinin sistem ehtiyacını qarşılamaq potensialında olan xəstəxana var ki, kənd tibb məntəqələrinə camaata sistem qoymaq qadağan edilir? Bu qərarı verənlər yəni bu ölkədə yaşamırlar, Allah qoymasa?!"
.
.
.
.
.
Qeyd: bizdən oğurladığınız yazıları halal edirik....)))
Geri qayıt
|