Əsas Səhifə > Ana xəbər / Güney Press > Kremldən İlham Əliyevlə bağlı açıqlama

Kremldən İlham Əliyevlə bağlı açıqlama


21-12-2025, 06:26

Azərbaycan Prezidenti İlham Əliyevin MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirakını gözləyirik”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Qeyd edək ki, ənənəvi illik sammit dekabrın 22-də Sankt-Peterburqda keçiriləcək.

Xatırladaq ki, 2024-cü il 25 dekabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak üçün Rusiyanın Sank-Peterburq şəhərində gedən zaman AZAL-a məxsus sərnişin təyyarəsi Çeçenistanın hava məkanında Rusiya Hava Hücumundan Müdafiə Sisteminin raketi ilə vurulub. Nəticədə 38 nəfər həlak olub, 29 nəfər isə sağ qalıb. Qəza zamanı təyyarədə 62 nəfər sərnişin və 5 ekipaj üzvü olub. Onların 37-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı idi.

Bu hadisə haqda xəbəri eşidəndən dərhal sonra Prezident İlham Əliyev ölkəsinə geri dönüb.

Hazırda Azərbaycan liderinin bu sammitə qatılıb-qatılmayacağı haqda rəsmi Bakının hər hansı açıqlaması mövcud deyil.


Geri qayıt