Əsas Səhifə > Ana xəbər / Güney Press > Biznesin İnkişafı Fonduna sədr müavini təyin edilib
Biznesin İnkişafı Fonduna sədr müavini təyin edilib19-12-2025, 11:51 |
|
“Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC-nin idarə heyətinin sədrinə müavin təyin olunub. "APA-Economics"in əldə etdiyi məlumata görə, bu vəzifə, Osman Xaliyevə həvalə edilib. O.Xaliyev bundan öncə Sahikbarlığın İnkişafı Fondunun idarə heyətinin sədri olub. Qeyd edək ki, Biznesinin İnkişafı Fondu 2021-ci ildə "Sahibkarlığın İnkişafı Fondu və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə publik hüquqi şəxs olaraq yaradılıb. Bu ilin dekabr ayında Prezident İlham Əliyevin Fərmanı ilə publik hüquqi şəxs “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC-ə çevrilmə yolu ilə yenidən təşkil edilib. Fondun idarə heyətinin sədri Ülvi Mansurovdur. Geri qayıt |