Əsas Səhifə > Ana xəbər / Güney Press > Macarıstanın Azərbaycandakı iri şirkətinin rəhbərliyi dəyişib
Macarıstanın Azərbaycandakı iri şirkətinin rəhbərliyi dəyişib18-12-2025, 16:57 |
|
Macarıstan kapitallı spirtsiz içkilər istehsalçısı “HELL Energy Azerbaijan” MMC-yə iki ildən sonra yenidən yerli mütəxəssis direktor təyin edilib. Banker.az xəbər verir ki, bu, Sadiq Bəndəliyev Talıb oğludur. O bu vəzifədə Sabari Cozefi (Szabari József) əvəz edib. S.Cozef əsas ana şirkətin direktoruolmaqla Azərbaycandakı şirkətə də rəhbərlik edirdi. Sadiq Bəndəliyev isə 2023-cü ildə şirkətin Milli satış departamentinə rəhbərlik edib. Bundan əvvəl “Coco-Cola Azərbaycan” və “Pepsi Azəerbaycan” şirkətlərində çalşıb. Xatırladaq ki, “HELL Energy Azerbaijan” MMC 2023-cü ildə təsis edilib və 480 min ABŞ dolları nizamnamə kapitalına sahibdir. Geri qayıt |