Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistan MN: Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb

Ermənistan MN: Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb


16-12-2025, 11:02

Ermənistan Müdafiə Nazirliyi keçmiş hərbçinin “Mehridə Azərbaycan təxribatı” ilə bağlı açıqlamasını İrəvana qarşı növbəti informasiya hücumu adlandırıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan MN-in məlumatında bildirilib.

“Yumşaq desək, şərəfsiz xidməti ilə fərqlənən bir şəxsin açıqlaması təkcə dezinformasiya deyil, həm də Ermənistana və onun silahlı qüvvələrinə hücum etmək üçün növbəti uğursuz cəhddir”,- nazirlik qeyd edib.

Nazirlik bu cür şayiələri hibrid təhdidlər kimi qiymətləndirib və hüquq-mühafizə orqanlarından reaksiya gözlədiyini vurğulayıb.

Xatırladaq ki, ehtiyatda olan leytenant-polkovnik Naira Gevorkyan Azərbaycan Silahlı Qüvvələrinin uğursuz hücum həyata keçirdiyini, Ermənistan bölmələrinin isə atəş açmamaq əmri aldığını bildirmişdi.


Geri qayıt